Böyük döşlərə vergi tutulacaq

boyuk-doslere-vergi-tutulacaq-
Oxunma sayı: 654

Milli.Az xəbər portalı bildirir ki, Britaniyanın ən məşhur jurnalistlərindən və yazıçılarından biri Virciniya Ayronsayd qadınların plastik cərrahiyyə əməliyatlarına ifrat aludə olduqlarını bildirib.

Onun fikrincə, belə plastik cərrahiyyə əməliyyatları, xüsusilə də sifətə botoks vurulması və sinənin silikon implantantlar vasitəsilə böyüdülməsi qadın orqanizminə böyük ziyan vurur.

Ayronsayd hesab edir ki, Viktoriya Bekhem və Keti Prays kimi şou-biznes ulduzlarının da müraciət etdikləri plastik cərrahlar belə əməliyyatlar vasitəsilə milyonlar qazanırlar.

"Qazansınlar, onlar da işlərinin mütəxəssisləridir. Lakin plastik cərrahiyyə əməliyyatları və silikonlara ifrat aludəçiliyin də qarşısını almaq gərəkdir. Buna görə də sinələrini silikon implantantlar vasitəsilə böyüdən qadınlardan əlavə vergi tutulmasını təklif edirəm", - Virciniya Ayronsayd yazıb.