“Böyük qürur və sevinc hissi keçirirəm”

boyuk-qurur-ve-sevinc-hissi-kecirirem-
Oxunma sayı: 846

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan təbrikdə deyilir: Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü qardaş Azərbaycanda qeyd etməkdən böyük qürur və sevinc hissi keçirdiyimi bildirmək istəyirəm. Azərbaycanımızın müstəqilliyinin əbədi olmasını və bayrağının göylərdə sonsuza qədər dalğalanmasını diləyirəm.

Bu münasibətlə Azərbaycanlı bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə can sağlığı, firavanlıq, xoşbəxtlik, sevinc dolu günlər diləyir və qardaş xalqın sülh və sabitlik içində yaşamasını arzu edirəm”.