bp hasilatı anormal səviyyədə edib

bp-hasilati-anormal-seviyyede-edib
Oxunma sayı: 642

Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bazar ertəsi bildirib ki, BP şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsiumun neft layihələrinə nəzarəti gücləndirəcəklər. Nazir hesab edir ki, hazırda konsorsiumun Azəri-Çırqa-Günəşli yatağından neft hasilatı anormal səviyyədə enib.

Prezident İlham Əliyev də ötən həftə bildirib ki, BP şirkətinin rəhbərlik etdiyi konsorsiumun səhvlərinə görə neft hasilatının enməsindən Azərbaycan 8 milyard dollar gəlir itirib.

BP Azərbaycan isə cavabında bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə neft istehsalının artırılması istiqamətində çalışırlar.

Azəri-Çırqa-Günəşli yatağından gündəlik neft hasilatı 2010-cu ildə ən yüksək səviyyəyə qalxaraq gündə 823 000 barrel olub. 2011-ci ildə isə bu rəqəm günə 717 000 barrelə enib.