BP niyə susur?

bp-niye-susur-
Oxunma sayı: 653

Elxan Şahinoğlu İlham Əliyevin məlum çıxışından bir gün sonra BP-Azərbaycan şirkətinin mətbuat xidmətindən yayılan bir-iki cümləlik açıqlamanın duruma aydınlıq gətirmədiyini vurğulayıb: “İki tərəfdən biri yəni Azərbaycan hakimiyyəti kəskin mövqeyini ortaya qoyub, o biri tərəf isə susmaqda davam edir. Demək şirkət ya Azərbaycan ictimaiyyətini saymır, ya da ki, haqqında deyilən, yazılan nöqsanlarla razıdır”.

Elxan Şahinoğlu BP-Azərbaycan şirkətinin rəhbərliyinə Rəşid Cavanşir gətirildikdən sonra şirkətin ictmaiyyətlə əlaqəsinin zəiflədiyini də bildirib: “Yenə şirkətə Böyük Britaniya vətəndaşları rəhbərlik etdikdə, rüblük mətbuat konfransları keçirilər, siyasi və iqtisadi eksperlər üçün brifinqlər təşkil edilərdi, indi isə bunların heç biri yoxdur. Rəşid Cavanşirin sonuncu dəfə nə zaman geniş mətbuat konfransı keçirdiyini xatırlamıram. Yadımdadır, BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord olanda istənilən qaranlıq məsələyə aydınlıq gətirərdi. İndiki rəhbərlik isə buna ehtiyac duymur, sonda da belə qeyri-müəyyənlik yaranır”./Qafqazinfo/