“bp” rəhbərliyində dəyişiklik oldu

bp-rehberliyinde-deyisiklik-oldu
Oxunma sayı: 664

Bu barədə “APA-ECONOMICS”ə “BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı məlumat verib.

Onun sözlərinə görə, son bir neçə gün ərzində “BP-Azərbaycan” şirkətindən heç kim istefaya getməyib və ya göndərilməyib: “Sadəcə, şirkətin uzun müddətdir təqaüdə çıxmağı planlaşdıran terminal və quruda ixrac-boru kəmərləri üzrə vitse-prezidenti təqaüdə çıxıb. O, 5-6 ay öncə təqaüdə çıxmağı planlaşdırırdı. Elə o vaxtdan da “BP-Azərbaycan” vitse-prezident seçiminə başlayıb və artıq bu posta yeni təyinat olub. Azərbaycan vətəndaşı olmayan əvvəlki vitse-prezident 5 ildən çox müddətdə Azərbaycanda çalışıb və neft sənayesinin inkişafına öz töhfələrini verib. Yeni vitse-prezident də Azərbaycan vətəndaşı deyil”.

Qeyd edək ki, T.Bayatlı nə əvvəlki, nə də yeni vitse-prezidentlərin adını açıqlamayıb. “BP-Azərbaycan” şirkətinin saytında isə göstərilən vəzifə üzrə vitse-prezidentin Kemp Kouplend olduğu göstərilib. “APA-ECONOMICS”in apardığı araşdırma nəticəsində məlum olub ki, təqaüdə çıxan vitse-prezident məhz bu şəxsdir.