Brayza Rafiq Tağının qətlindən danışdı

brayza-rafiq-taginin-qetlinden-danisdi
Oxunma sayı: 640

Qafqazinfo xəbər verir ki? ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Turan”a müsahibəsində belə deyib.

Diplomatın fikrincə, istənilən qətlin araşdırılmasında ədalət bərqərar olmalıdır: “Nəzərə alsaq ki, bu mənfur cinayət Rafiq Tağının peşəkar fəaliyyəti ilə bağlıdır, ədalətin bərqərar olması daha böyük həssaslıq və məsuliyyət kəsb edir. Cinayətin üstünün açılması ifadə və media azadlığının bərqərar olmasını bir daha vurğulayır”.

Səfir cinayətin açılması üçün xüsusi təhqiqat qrupunun yaradılmasını təqdir edib və mümkün olan hər bir addımı atmağa çağırır: “Azərbaycan tərəfinin bu cinayətin təhqiqatını başa çatdırması önəmlidir ki, cinayətin arxasında kimin durması aşkara çıxsın. Təhqiqatın başa çatması hər bir məsələni aşkara çıxaracaq”.