Brayza: “Razılığa gəlməyin vaxtı çatıb”

brayza-raziliga-gelmeyin-vaxti-catib
Oxunma sayı: 675

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza belə hesab edir. O bildirib ki, ABŞ və digər həmsədr ölkələrin Dovil bəyanatı regionda sabitliyin bərqərar olması baxımdan düzgün bəyanatdır: “Əlbəttə, biz prezidentlərin Fransanın Dovil şəhərində "səkkizlər"in görüşü zamanı verdikləri bəyanatı alqışlayırıq. Prezidentlər Barak Obama, Dimitri Medvedev və Nikola Sarkozinin münaqişənin indiyədək həll olunmaması ilə bağlı narahatlıqları başa düşüləndir və məmnunluq doğurur. Buna görə də, onlar münaqişənin tezliklə danışıqlar yolu ilə həllini n vacibliyini vurğulayırlar, biz də buna böyük əhəmiyyət veririk”. Brayza jurnalistlərə bildirib ki, baza prinsipləri yekun sülh sazişi olmasa belə, razılaşmanın təməlini qoya bilər.