Brayza söz verdi: “Əmin olun”

brayza-soz-verdi-emin-olun-
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza tədbirdə çıxış edib. Bu müddətin ABŞ üçün uzun bir tarixi dövr olduğunu qeyd edən səfir bildirib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq münasibətləri var: “Birləşmiş Ştatların səfirliyi Azərbaycanın vətəndaş cəmiyyəti, bu ölkədə müxtəlif dinlərin nümayəndələri və media qurumları ilə sıx əməkdaşlıq edir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin qəti həll olunması üçün məndən asılı olan hər şeyi edəcəyimə əmin olun”.

Azərbaycanın maliyyə naziri Samir Şərifov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik edərək, Amerika xalqına sülh və firavanlıq arzularını çatdırıb: “Energetika, humanitar sahələrdə və təhlükəsizlik məsələlərində Azərbaycan-Amerika münasibətləri strateji xarakter kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan-Amerika əlaqələrinin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorizmə qarşı mübarizədə səylərin artırılmasına böyük töhfə verib. ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolu isə danılmazdır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan nazir qeyd edib ki, ölkəmizin ərazisinin 20 faizi hələ də işğal altındadır. O, bu münaqişənin həllində ABŞ-ın və bütövlükdə beynəlxalq birliyin səylərini fəallaşdırmağın zəruri olduğunu vurğulayıb.