Braziliyada adamyeyənlər peyda oldu

braziliyada-adamyeyenler-peyda-oldu
Oxunma sayı: 1111

İnsan qanına susamış bu hanibalları polis ələ keçirib. Məlumata görə, ələ keçirilən “insanlar” eyni ailənin üzvləri olublar. Söhbət bir nəfər kişi, onun arvadı və məşuqəsindən gedir. Onlar indiyə kimi azı iki qadını öldürərək onları doğrayıb və yeyiblər. Hətta qadınların ətindən Cənubi Amerika mətbəxinə aid olan empa`nada piroqu hazırlayıb qonşulara da satıblar. Məlumata görə, onlar bəşəriyyətin sayını azaltmağı əsas hədəf götürən özlərinin qondarma sektalarının üzvü olublar.

Məsələni araşdıran “Estado de sao paulo” qəzeti qeyd edib ki, həbs edilən Corc Beltrao Neqromonte adlı kişi “Şizofrenin kəşfi” adı altında 50 səhifəlik kitab yazıb. Kitabda o, qeybdən səs eşitdiyini və qadınları öldürməyə meylli olduğunu bildirib. Məlumata görə, onlar qadınları evdə uşaqlara dayə axtarışı bəhanəsi ilə ələ keçirirmişlər. Onların ələ keçməsi isə qadınlardan birinin kredit kartından istifadə etməsi olub. Polis təqib nəticəsində öldürülən insanların qalıqlarını onların evlərinin arxa həyətində tapa bilib. Onlar, həmçinin, qonşuluqda yaşayan qadını da yeməyi planlaşdırırmışlar.

anspress