Bred Pitt “Muhteşem Yüzyıl”da

bred-pitt-muhtesem-yuzyilda
Oxunma sayı: 684

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, aktyorun filmin bir bölümündə oynamaq üçün film istehsalçıları ilə 2 milyon dollar qarşılığında saziş imzaladığı deyilir. Berdd Pitin serialın müharibədən bəhs edən bölümündə rol alacağı bildirilib. Məşhur aktyorun rol alacağı səhnələr isə gələn ay çəkiləcək.

Filmi istehsal edən şirkət bunu sirr kimi saxlasa da aktyor özü belə bir etirafı qonaq olduğu “60 minutes” verilişində açıqlayıb.

Qeyd edək ki, 47 yaşlı aktyor bu yaxınlarda üç il sonra kino karyerasına son verəcəyini açıqlamışdı.

Səidə