Brilyant Dadaşova türkiyəli aranjimançını məhkəməyə verir

brilyant-dadasova-turkiyeli-aranjimancini-mehkemeye-verir
Oxunma sayı: 1074

Azərbaycanın xalq artisti Brilyant Dadaşova türkiyəli arajimançı Fettah Canı məhkəməyə verəcək. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyədə “Yaxşı gözəl” adlı yeni albom buraxan xalq artisti albom üçün məşhur aranjimançı Fettah Can ilə görüşdüyünü və 1 mahnı, 5 aranjiman üçün ona 18 min dollar ödədiyini bildirib: “Üç ildir nə mahnılarımı hazırladı, nə pulumu qaytardı, nə də telefonlarıma cavab verir”.

Hətta vasitəçi kimi dostlarından da istifadə etdiyini deyən Dadaşova onu dolandıran aranjimançının belə cavab verdiyini deyib: “ O zaman mənimlə işləmək istəməyərdi”. Belə çıxır ki, onunla işləməyə razılaşmaq dolandırılacağım anlamına gəlir.

Qeyd edək ki, B.Dadaşova “Yaxşı gözəl” albomunu tanınmış musiqiçi Əlixan Səmədovla bərabər ifa edəcək. Albomda 14 mahnı yer alıb.