“Bu adamların borcudur ki...”

bu-adamlarin-borcudur-ki
Oxunma sayı: 674

“Qafqazinfo”nun məlumatına görə, bunu AXCP sədri Əli Kərimli “Vətəndaş fəallığı, siyasi plüralizm və Avropaya inteqrasiya konteksində toplaşmaq azadlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib. Partiya sədri bildirib ki, 10 ildən çoxdur Azərbaycanda fundamental hüquqların pozulması nəyə görə ATƏT parlamentində, ATƏT-in fəaliyyətdə olan sədrləri səviyyədə müzakirə olunmur: “Nəyə görə Azərbaycandakı insan hüquq və azadlıqlarının bərbad durumu adıçəkilən təşkilatların üstü düzənində təmsil olunanların leksikonuna düşmür, əskinə bəzi hallarda bu diskussiyaları aparmalı olan şəxslərin dilindən Azərbaycandakı vəziyyəti təhrif edən təriflər səslənir? 2005-ci ildə AŞ PA-nin məruzəçilərinin Azərbaycana ildə 14-15 dəfə səfərə gəldiyini xatırladaq Əli Kərimli dedi ki, indiki məruzəçilərin üzünü görməyə azərbaycanlılar həsrət qalıb. Nə biz onları tanıyırıq, nə onlar bizi”.

AXCP sədri Əli Kərimlinin bununla bağlı bir sıra təkliflərini irəli sürüb. O, deyib ki, beynəlxalq təşkilatlar istəsələr, Azərbaycandan ən azı elementar toplaşmaq hüququn reallaşması üçün töhfə verə bilərlər. Əli Kərimli təmsil etdiyi partiyanın və real müxalifət partiyalarının heç birinin qapalı məkanlardan belə tədbir keçirə bilmədiklərini diqqətə çatdıraraq, təklif edib ki, Azərbaycanın əyalətlərində bir neçə resurs mərkəzinin açılmasına yardım etsinlər ki, orda 20-30 nəfər toplaşaraq heç kimdən asılı olmadan öz tədbirlərini keçirsin. Bakıdakı xarici sərmayə əsasında fəaliyyət göstərən xeyli hotellər olsa da onların da müxalifətə tədbir keçirmək üçün imkan vermədiyinin deyən AXCP lideri onlardan beynəlxalq təşkilatların səbəbini soruşulmasını istədi. Bundan başqa AXCP sədri təklif edib ki, Azərbaycanda demokratik dəyişiklik istəyən Avropa və ABŞ liderləri ölkə ilə bağlı danışanda leksikonlarını dəyişsinlər, neft-qaz, medaldan yox, insan hüquq və azadlıqlarından onların durumundan danışsınlar. Əli Kərimli AŞ PA və AB-nin Azərbaycanla bağlı qətnamələri var, bu qətnamələrin icrasına həmin qurumlara daxil olan ölkələrin rəhbərləri məsuldur: “Ona görə bu adamların borcudur ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri niyə yerinə yetirmədiyini bu xalqın gözü qarşısında sorşusun”.