“Bu, ANS-in adına yaraşmır”

bu-ans-in-adina-yarasmir-
Oxunma sayı: 1145

Pərviz Abubəkirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, film iş adamı Knyaz Məmmədovun qətlə yetirilməsindən və bununla əlaqədar başlanmış cinayət işindən bəhs edir. O deyib ki, film Pərviz Abubəkirov tərəfindən hazırlansa da, təkrar nümayişin anonslarında film Rəşad Abbasovun təqdimatında təklif olunur.

Pərviz Abubəkirov bilririb ki, hüquqi baxımdan onun hazırladığı bütün verilişlər, o cümlədən «Cinayət işi» adı ANS televiziyasına məxsusdur: “Bu vaxtıkən mənimlə ANS televiziyası arasında bağlanmış müqavilədədə öz əksini tapıb. Yuxarıda qeyd etdiklərimi nəzərə alsaq, mən nə filmi öz adından təqdim edən aparıcıya, nədə ki telekanala qarşı iddia irəli sürə bilmərəm. Məsələnin insani tərəfini götürəndə, əlbətdə ki, mənim il ərzində əziyyət çəkib, efirə çıxardığım materialları başqa adamın adi və səsi ilə efirə getməsi mənim üçün xoş deyil. Yeri gəlmişkən, bu dəfələrlə olub, mənim hazırladığım materiallar təkrar nümayiş zamanı indiki aparcının səsi ilə təqdim olunub”.

P.Abubəkirov hesab etdiyini bildirib ki, bu hal qərəzsizliyi və vicdanlılığı özünə prioritet götürən ANS telekanalının adına yaraşmır: “Amma nə etmək olar? Mənə gəldikdə mən bunu onların vicdanının öhdəsinə buraxıram”.