“Bu aparıcılar lap “ağ”ını çıxarmaqla məşğuldurlar…” - Aşınma

bu-aparicilar-lap-agini-cixarmaqla-mesguldurlar-asinma-
Oxunma sayı: 655

“ATV kanalında "Onun Yarısı" verilişindən bir videorolikə Facebookda baxdım və "nənə"nin də monoloqunu dinlədim. İçimdən qorxu keçdi. Belə getsə, cəmiyyətdə olan-qalan mənəvi nə varsa, onlar da itib gedəcək. ANS-də "Toy Olsun", ATV-də "Onun Yarısı" verilişləri ailə quruluşumuza, adət-ənənələrimizə və uşaqlarımızın tərbiyəsinə pis təsir edir. Məsələ burasındadır ki, bu verilişi efirə buraxanların da ailəsi var, uşaqları var, və onlar da bizim qədər narahatlıq keçirirlər. Amma, məcburən reytinq arxasınca qaçmalı olurlar. Televiziyalar ayaq üstə qalmaq üçün, pul qazanmaq üçün, əhatəsini genişləndirmək üçün reytinqə boyun əyməli olurlar. Həm ANS, həm də ATV kanalında dəyərli, məntiqli və lazımlı verilişlərin olması sirr deyildir. Həm də hər iki kanalın informasiya verilişləri çox baxımlıdır. Buna görə də, birmənalı olaraq ANS və ATV-ni günahlandırmaq istəməzdim. Çünki, vətəndaş cəmiyyəti də, siyasətçilər də ictimai rəyə uyğun hərəkət etməli olurlar. Lakin, aparıcıların davranışından da çox şey asılıdır. Amma, hər iki kanalın aparıcıları lap "ağ"ını çıxarmaqla məşğuldurlar. Televiziya rəhbərliyi aparıcıların “avtonom” davranışının qarşısını almağa borcludur”.

R. Nurullayev real vəziyyəti nəzərə alaraq iki təklif səsləndirib:
“1) Vətəndaş cəmiyyətinin bu verilişlərin formatının dəyişdirilməsi və ya bağlanması üçün kampaniya aparması zəruridir. Amma, kampaniyanın bütünlükdə televiziyaları hədəfə alması yolverilməzdir. Qurulanı dağıtmaq yox, təkmilləşdirmək üçün mübarizə aparılmalıdır. Azərbaycan Milli Televiziya və Radio Şurası məsuliyyəti öz üzərinə götürərək, televiziyaların kontent yayımına korrektələr etməlidir;

2) Vətəndaş cəmiyyətinin bu məsələdə nəticəyə nail olmaq üçün böyük bir tədbir düzənləməsi vacibdir. İşçi qrup yaradaraq televiziya rəhbərlikləri ilə görüşmək də zərurətə çevrilib. Lakin, məsələyə kompleks yanaşma da tələb olunur: televiziyaların ehtiyacları və texniki imkanları da nəzərə alınmalıdır. Televiziyaların maliyyə davamlılığının təmin edilməsi üçün də tövsiyyələr hazırlanıb Azərbaycan Milli Televiziya və Radio Şurasına və hökumətə təqdim edilməlidir. Yayım şirkətlərinə ciddi verilişlər hazırlanması, məzmunlu, baxımlı şoular üçün dövlət büdəsi hesabına kreditlər verilməsi, indiki şəraitdə məqbuldur. Çünki, reklam bazarı çox məhdud olduğundan TV-lər yaşamaq üçün bizim onlara yönəlik tənələrimizi də götürməli olurlar. Bunun üçün də ədalətli yanaşma və problemin kökünün kəsilməsinə yönəlik
addımlar atilmalıdır”

Sədan