“Bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir”

bu-azerbaycan-xalqina-genclerimize-qarsi-tehqirdir-
Oxunma sayı: 634

“Demokratik dövlət olan Azərbaycanda insanların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib. Qanunla müəyyən olunmuş qaydada vətəndaşların toplaşaraq öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənclərin bu gün küçirilən aksiyasına münasibət bilduirərkən deyib. O, bildirib ki, müxalifət partiyalarını təmsil edən gənclərin keçirdikləri mitinq bunu əyani şəkildə sübut edib: “Lakin təəssüflə onu da bildirmək istərdim ki, bu aksiyada Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın da şahidi olduq. Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz “liderlərinin” mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə etdilər. Əslində bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir.

Digər tərəfdən, bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur”.