“Bu Azərbaycana dünyada utanc gətirir”

bu-azerbaycana-dunyada-utanc-getirir
Oxunma sayı: 641

Bu hadisə dünya və Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Məsələyə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da münasibət bildirib. Rafiq Əliyevə qarşı yanlışlığın tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayan Tənzilə Rüstəmxanlı deyib: “Dünya şöhrətli alim Rafiq Əliyevin gülünc dəlillərlə işdən çıxarılması Azərbaycan elminə və təhsilinə, Azərbaycanın dünyadakı nüfuzuna ciddi zərbə vurur. Elmimizə və təhsilimizə, Azərbaycanımıza dünyada utanc gətirir. Hörmətli rektor bu hərəkəti ilə Azərbaycan Respublikasının ali icra hakimiyyətinin nüfuzuna zərbə vurmuşdur” .

Azərbaycan Prezidentinin bu yanlışlığı aradan qaldıracağına inandığını söyləyən ATQB sədri “Rafiq Əliyev kimi dəyərli bir elm adamı öz subyektiv fikirlərini sərbəst şəkildə söylədiyinə görə, bu münasibətə layiq görülüb. Mən hesab etmirəm ki, prezidentimiz də rektorla eyni fikirdədir. Tam əksinə, mən Azərbaycan prezidentinin xalqımızın yetişdirdiyi nadir alimlərdən biri olan Rafiq Əliyevə qarşı bu səhv addımı aradan qaldıracağına inanıram. Biz heç vaxt dəyərlərimizin qədrini bilməmişik. Rafiq Əliyev də bir dəyərdir və qorunmağa ehtiyacı var. Hesab edirəm ki, Rafiq müəllimlə bağlı qərar nə qədər tez dəyişdirilərsə, ölkəmiz adına o qədər faydalı olar”.