“Bu, Azərbaycana qarşı əsl virtual müharibədir” - Açıqlama

bu-azerbaycana-qarsi-esl-virtual-muharibedir-aciqlama
Oxunma sayı: 696

“Turan”a açıqlamasında ekspert deyib: “Azərbaycanın internet resurslarına belə yaxşı planlaşdırılmış və kütləvi hücum heç vaxt olmayıb. Bu aksiyanın miqyası və nəticələri Azərbaycana qarşı internetdə əsl virtual müharibə başlandığından xəbər verir. İndiyədək hücumlar ayrı-ayrı saytlara və daha çox qeyri-hökumət qurumlarının saytlarına olurdu. Lakin indi dövlət orqanları, o cümlədən güc qurumları zərbə altında qalıb.

Hakimiyyət araşdırma aparmalı və vəziyyətin ciddiliyini nəzərə alaraq bu məsələ ilə bağlı rəsmi bəyanat verməlidir. İlk növbədə “günahkar kimdir” sualına cavab tapılmalıdır. Dövlət saytlarının serverləri, hostinqləri və proqramları hakerlərə qarşı durmaq iqtidarında olmadı. Bu, hakimiyyətin ölkədə internetin inkişafı haqqında bəyanatlarını şübhə altına alır”.

“Haker hücumu haradan gəlir” sualını cavablandıran Osman Gündüz deyib: “Mənbələrin təhlili hücumun İrandan gələ biləcəyini göstərib. Lakin yekun cavab vermək hələ tezdir”.