“Bu Azərbaycanın anti-İran koalisiyasına qoşulmaqdan imtinasıdır”

bu-azerbaycanin-anti-iran-koalisiyasina-qosulmaqdan-imtinasidir
Oxunma sayı: 641

Bəzi ekspertlərin qənaətinə görə, Qərbdən Azərbaycan hakimiyyətinə təzyiqləri stimullaşdıran amil məhz Azərbaycanın İran məsələsində neytral mövqeyi və anti-İran koalisiyasına qoşulmaqdan imtinasıdır.

Millət vəkili Çingiz Qənizadə hesab edir ki, Qərbin davamlı təzyiqlərinə baxmayaraq, Azərbaycan İran məsələsində neytral mövqeyini qoruyub saxlayır: “Azərbaycan xarici dövlətlərlə münasibətdə balanslaşdırılmış siyasi xətt yürüdür. Bu həm də bizim qonşu dövlətlərə, o cümlədən İrana münasibətimizə də aiddir.

Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, heç bir halda İrana qarşı koalisiyaya qoşulmayacaq, ölkəmizin ərazisindən İrana qarşı hərbi hücumlara imkan verməyəcək. İranın Azərbaycana qarşı haqsız mövqeyinə baxmayaraq, Azərbaycan İranla dost münasibətini bu gün də davam etdirir”.

“Eurovision” beynəlxalq musiqi yarışmasının siyasi hadisə olmadığını deyən millət vəkili bəzi qüvvələrin bundan öz məqsədləri üçün yararlanmasını təəssüf hissi ilə qeyd edib: “Kimin nə deməsindən, hansı planlar qurmasından asılı olmayaraq, “Eurovision-2012” Bakıda çox yüksək səviyyədə keçiriləcək. Bununla bağlı həm yerli, həm də beynəlxalq dairələrin təzyiqləri heç bir nəticə verməyəcək”.