“Bu çox ağır cəzadır” - AFFA-ya etiraz

bu-cox-agir-cezadir-affa-ya-etiraz
Oxunma sayı: 641

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev bildirib. V. Əliyev AFFA-nın verdiyi cəzaların hələ klubdaxilində müzakirə edilmədiyini də qeyd edib: “Biz hələ bu xəbəri yeni almışıq. Rəhbərliklə bu qərarı müzakirə edəcəyik. Ondan sonra öz mövqeyimizi daha dəqiq ifadə edəcəyik”.

İcraçı-direktor cəzaların ağır olmasına baxmayaraq, qanuna tabe olduqlarını da deyib: “Bu çox ağır cəzadır. Düşünürəm ki, bu pulu uşaq futboluna və ya infrastruktura xərcləsək, daha yaxşı olar. Ancaq biz qanuna tabeyik, cəzaları ödəməliyik”.

Sonda isə Vaqif Əliyev bu cərimələri “Turan” – “Simurq” oyunu idarə edən hakimin qərəzli qərarına görə aldıqlarını bildirib.

Qeyd edək ki, “Simurq” hakimin oyun zamanı klubun futbolçularından 3-nə qırmızı kart verməsini ədalətsiz qərar kimi qəbul edir.

Sevinc