Bu da Azərbaycanın seks-simvolu - Fotolar

bu-da-azerbaycanin-seks-simvolu-fotolar
Oxunma sayı: 1367

Daha doğrusu, Zöhrab Ağayev açıq-saçıq fotosessiyaları ilə gündəmə gələn gənc müğənni Sehrini öz himayəsinə alıb. Bundan sonra Sehrini öz yeni layihəsi kimi tamaşaçılara təqdim edəcəyini söyləyən prodüser müsahibəsində müğənni ilə bağlı planlarından danışıb:

"Qorxmadan deyə bilərəm ki, bizim estradamızda bu gözəllikdə ikinci xanım sənətçi yoxdur. Sehrinin yeni fotosessiyasında siz özünüz bunun şahidi olacaqsınız. Bu fotosessiyada mən onu qapadım. Yəni açıq-saşıq deyil, qapalı geyimdə çox gözəl çəkiliş etdik. Mən bu qızı görəndə gözəlliyinə valeh oldum. Bu qız doğrudan da əsl seks-simvoldur. O özünü seks-simvol adlandıran qaşı-kipriyi qoyma, dodağı şişirtmə olan çoxlarına meydan oxuyacaq. Mən Sehrimlə görüşdüm və gördüm ki, qaşı, kipriyi, saçı, dodağı, bir sözlə hər şey özünündür, yəni təbiidir. Sehrinin səsi də heç bir müğənnimizin səsindən geri qalmır. Bizim mənəm-mənəm deyən min müğənnimizdən yaxşı oxuyur. Və mən başa düşdüm ki, təbii gözəlliklə istedadını birləşdirib çox gözəl performanslar göstərə bilərik. Gözləyin, tezliklə sizi təəccübləndirəcəyik. "Geriyə dön" adlı çox gözəl, çox maraqlı mahnı və maraqlı kliplə partlayış edəcəyik".