Bu da beşlik - Foto

bu-da-beslik-foto
Oxunma sayı: 682

Bakıda keçiriləcək “Eurovision 2012”də Azərbaycanı təmsil edəcək şəxsin adı bu həftənin sonunda açıqlanacaq. Fevralın 12-də Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm Milli Final gecəsində 5 finalçı arasından qalib müəyyən olunacaq. Bu günü səbirsizliklə və həyəcanla gözləyən finalçılarımız həftə ərzində tamaşaçılarla görüşə gələcək.

Bu gündən başlayaraq hər bir finalçı İctimai Televiziyanın canlı efirinə qonaq olacaq. Hər bir ifaçı izləyicilərə özünü daha da yaxından tanıtmaq üçün 30 dəqiqəlik proqramda performansını nümayiş etdirəcək. Bu gün 22.00-da ilk olaraq İctimai Televiziyanın efirində Arzu İsmayılova qonaq olacaq.

Xatırladaq ki, finalda Arzu İsmayılova, Fəqan Səfərov, Elton İbrahimov, Səbinə Babayeva və Orxan Kərimli mübarizə aparır. Həftə ərzində İctimai Televiziyanı izləyin və öz favorit ifaçınıza dəstək olun.