Bu da növbəti bəyanat

bu-da-novbeti-beyanat
Oxunma sayı: 641

Trend-in məlumatına görə, bu barədə martın 22-də Rusiya XİN rəhbəri Sergey Lavrovun, ABŞ dövlət katibi Hillari Klintonun və Fransanın xarici işlər naziri Alen Jüpenin qəbul etdikləri birgə bəyanatda deyilir.

"Prezidentlər Medvedev, Obama və Sarkozinin 2011-ci il mayın 24-də Dovildəki birgə bəyanatlarında qeyd edildiyi kimi, danışqılar yolu ilə nizamlanma sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər və münaqişənin həlli üçün güc tətbiqinə istənilən cəhd uzun müddətdən bəri qeyri-müəyyənlikdən və inamsızlıqdan əziyyət çəkən regiona qeyri-sabitlik gətirə bilər", - bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Xatırladaq ki, region xalqları müharibənin nəticələrindən xeyli əziyyət çəkiblər və nizamlanmanın əldə olunmasında hər hansı yubanma yalnız çətinlikləri uzadacaq. Regionda yeni nəsil yetkinlik yaşına çatıb, bir-biri ilə yanaşı yaşayan ermənilərin və azərbaycanlıların yaddaşındakı bu süni hissələrə ayırma yalnız müharibənin yaralarını dərinləşdirir. Bu səbəbdən də biz tərəflərin liderlərini əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq".

"Prezidentlər Medvedev, Obama və Sarkozinin 2011-ci il mayın 24-də Dovildəki birgə bəyanatlarında qeyd edildiyi kimi, danışıqlar yolu ilə nizamlanma sülhə, sabitliyə və barışığa gətirib çıxara bilər və münaqişənin həlli üçün güc tətbiqinə istənilən cəhd uzun müddətdən bəri qeyri-müəyyənlikdən və inamsızlıqdan əziyyət çəkən regiona qeyri-sabitlik gətirə bilər", - bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, sülhə doğru yolda irəliləyiş əldə olunub.

"2009-cu ildə bizim üç liderin Akvildə, 2010-cu ildə Muskokda və 2011-ci ildə Dovildə verdikləri birgə bəyanat hərtərəfli dinc nizamlanma üçün əsas elementləri müəyyən edib", - bəyanatda bildirilir.

"2012-ci il yanvarın 23-də Soçidə prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın birgə bəyanatında da hər iki tərəfin əsas prinsiplər üzrə razılaşmaya nail olmaq prosesinin sürətləndirilməsinə sadiq qaldığı ifadə olunub", - bəyanatda deyilir.