Bu da Şuranın tam tərkibi - Siyahı

bu-da-suranin-tam-terkibi-siyahi
Oxunma sayı: 738

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, seçkilər hər bir QHT-nin könüllü şəkildə seçdiyi 8 ixtisaslaşmış qrup üzrə keçirilib. Hər qrupdan seçilmiş üç namizədin adı ölkə prezidenti cənab İlham Əliyevə təqdim ediləcək. QHT-lərin seçdiyi 24 nəfərdən 8-i və daha 3 nəfər dövlət orqanlarının təmsilçisi prezidentin müvafiq sərəncamı ilə Şura üzvü təyin olunacaq.

Beləliklə, QHT qrupları üzrə seçilmiş şəxslər aşağıdakılardır:

İnsan hüquqları və demokratiya məsələləri

Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
Təmrazov Rafiq Qafar oğlu - “Bərabər İmkanlar” İctimai Birliyi
Nurullayev Nəsrulla Nəsrulla oğlu - Ahıl Ziyalılara Qayğı İctimai Birliyi

Ailə, qadın və uşaq məsələləri

Mirzəzadə Rəna Rza qızı - Gender və İnsan hüququ Araşdırma Birliyi
Quliyev Nazir Yunis oğlu - “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyi
Əliyeva Kəmalə Natiq qızı - Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi

Qaçqın, köçkün, əlil və müharibə veteranları məsələləri

Qədirov Vüqar Kərim oğlu - Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
Orucov Sərraf Vəliş oğlu - Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
Hüseynov Əbülfət Məcid oğlu - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi

İqtisadi və sosial məsələlər

Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyi
Vəliyeva Dilarə Hatəm qızı - “Mülk” İctimai Assosiasiyası
Əliyeva Solmaz Gülbala qızı - “Gənc mühasiblər” İctimai Birliyi

Təhsil, elm və mədəniyyət məsələləri

Quliyev Azay Əjdər oğlu - Azərbaycan Milli QHT Forumu
İskəndərov Sərdar Yusif oğlu - Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi
Yusifli İlham Məmməd oğlu - Layihələrin İdarə Edilməsi - Azərbaycan Assosiasiyası

Gənclər və vətənpərvərlik tərbiyəsi məsələləri

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
Yolçuyev Əkbər Mehdi oğlu - Dünya Gənc Türk Yazarlar Birliyi
Əskərli Asif Məmməd oğlu - Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

Səhiyyə, sağlamlıq və ekologiya məsələləri


Hüseynova Gülnarə Alxas qızı - Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası
İsmayılova Nailə İsgəndər qızı - “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
Yusubova Qəmzə Xanlar qızı - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi


Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə məsələləri

Nuriyev Əliməmməd Mali oğlu - Konstitusiya Araşdırmalar Fondu
Abbasbəyli Əhməd Nəbi oğlu - Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi
İbrahimli Qadir Nadir oğlu - “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi