Bu dəfə Misir Mərdanov Məleykə Abbaszadəni “vurdu” - Video

bu-defe-misir-merdanov-meleyke-abbaszadeni-vurdu-video
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, mövzuyla bağlı nazir ANS-də Hesabat proqramının qonağı olarkən münasibət bildirib. O qeyd edib ki, balların aşağı salınması təhsildəki keyfiyyətlə bağlı deyil: “Bunu araşdırmaq üçün ciddi təhlil aparmaq lazımdır. Mən bu işdən baş çıxardan adamam. Ola bilməz ki, 10 milyona yaxın əhalisi olan Azərbaycanın daxilində 1 il ərzində təhsilin səviyyəsi çox aşağı düşsün. Bu məsələ birmənalı şəkildə deyim ki, ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlıdır. Ola bilməz ki, bu il keçid balı 250 olsun, gələn il 150”.