“Bu emosiyaların coşması milli maraqlarla bağlı məsələdir”

bu-emosiyalarin-cosmasi-milli-maraqlarla-bagli-meseledir
Oxunma sayı: 685

Qeyd edək ki, bu ayın 20-26-sı aralığında Türkiyə Böyük Millət Məclisində Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar olaraq tədbir keçiriləcək. Tədbirdə Azərbaycan deputatlarının da iştirak edəcəyi və Türkiyə Böyük Millət Məclisindən Xocalı soyqırımını tanımasını xahiş edəcəkləri gözlənilir.

Razi Nurullayev qeyd edib ki, “qardaş ölkə parlamentində Xocalı soyqırımı müzakirə olunarsa, parlamentarilər ona həm də Fransanın Türkiyəyə və qondarma erməni soyqırımına münasibəti prizmasından yanaşacaqlar: “Lakin, güman etmirəm ki, məsələ indiki halda tanınma ilə nəticələnə bilər. Xocalı soyqırımının tanınması, Parlamentdə baş verən debatların intensivliyindən, gətirilən dəlillərdən, əsaslandırmalardan və orada Azərbaycanın maraqlarını təmin edən parlament üzvlərinin fəallığından asılı ola bilər. Doğurdan da Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı müzakirələrdə müəyyən əsaslandırmalar olarsa, emosiyalar coşarsa, bu emosiyaların coşması nəticəsində kifayət qədər Xocalı soyqırımının tanınmasını da gündəmə gətirərsə, ola bilsin ki, gündəliyə salına bilər. Amma Xocalı soyqırımının tanınması məsələsi eyni zamanda tək millət vəkillərinin istəyi ilə deyil, həm də Türkiyənin milli maraqlarına bağlı məsələdir. Türkiyə özünün xarici siyasəti ilə Xocalı soyqırımının tanınması məsələsini uzlaşdırmalıdır”.

Politoloqun sözlərinə görə “Türkiyə Xocalı soyqırımının tanınması ilə bağlı mənfi və müsbət cəhətləri götür-qoy edərək qərar verə bilər. Digər tərəfdən, qardaş ölkənin Xocalı soyqırımını tanıması, onlarla ölkənin qondarma erməni soyqırımını tanımasına gətirib çıxara bilər. Bəs, Türkiyə və Azərbaycan belə ssenariyə hazırdırlarmı? Birmənalı olaraq deyə bilərəm ki, yox. Hələ də Türkiyə və Azərbaycanın xarici siyasəti tam inteqrasiya edilməyib və bir sıra məsələlərə fərqli münasibət bəsləyirlər. Birinci fərqli münasibət, Azərbaycanın Quzey Kıprıs Türk Cümhuriyyətini tanıması ilə bağlı məsələni uzatmasıdır. Lakin, qardaş ölkə də başa düşməlidir ki, Azərbaycanın belə addım atması Dağlıq Qarabağın Yunan Kıprısları tərəfindən tanınmasına yol aça bilər.”

Politoloq, istisnalara da toxunub: “Fransa Prezidenti Nikola Sarkozinin Ermənistanda "Türkiyə 2011-ci ilin sonuna kimi "erməni soyqırımı"nı tanımazsa, Fransa müvafiq addımlar atacaq" bəyanatına cavab olaraq rəsmi Ankara Xocalı soyqırımını və Afrika ölkələrində Fransa müstəmləkələri zamanı on minlərlə afrikalının soyqırımını tanımaqla cavab verə bilər”.