“Bu əxlaqsızlığın qarşısını alın” - Qumarxana videosu

bu-exlaqsizligin-qarsisini-alin-qumarxana-videosu-
Oxunma sayı: 640

Oxucular “Qafqazinfo”ya Azərbaycandakı qumarxanaların birinin qarşısında çəkilən videonu göndəriblər. Və saytdan bu videonun işıqlandırılmasını, onlara dəstək verilməsini istəyiblər. Biz həmin videonu və göndərilən bir neçə cümləlik müraciəti təqdim edirik: “Sizdən artıq dərəcədə xahiş edirəm, Xırdalan şəhəri 28 saylı ünvanda “Şəms” adlı yerdə fəaliyyət göstərən “Şirvan” restoranında hər gecə baş verən biabırçılığın qarşısını alasınız. Burada hər gecə loto qumarxanası işləyir. Və səs-küydən, dava-dalaşdan yatmaq olmur. Hər gün neçə insanın qanı tökülür burada. Əraziyə PPX-da gəlir, lakin heç nə eləyə bilmirlər. Deyirlər bunların dalında duranlar lap yuxarıda oturur... Sizdən artıq dərəcədə xahiş edirik ki, bu əxlaqsızlığı işıqlandırasınız”.

Düşünürük ki, ən azı Daxili İşlər Nazirliyi bu faktlara baxıb ölçü götürəcək.

davaq.flv