Bu gün 3 idmançımız mübarizə aparacaq

bu-gun-3-idmancimiz-mubarize-aparacaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, ilk olaraq çaparımız Camal Rəhimov gücünü sınayacaq.

24 yaşlı idmançımız Uarrior adlı atla çıxış edəcək.
Daha sonra akademik avarçəkənimiz Natalya Mustafayeva təsəlliverici oyuna çıxacaq. O, 1 nəfərlik qayıqla 2000 m məsafəyə yürüşdə 7-12-ci yerlər uğrunda mübarizə aparacaq. Rəqiblər isə Marie-Louise Draeger (Almaniya), Frida Svensson (İsveç), Yuliya Levina (Rusiya), Genevra Ston (ABŞ) və Donata Vistartayte (Litva) olacaq.

Gün ərzində sonuncu idmançımız isə ağırlıqqaldırma üzrə İntiqam Zairov olacaq. 94 kq çəki dərəcəsində çıxış edəcək 27 yaşlı atlet 10 nəfərdən ibarət A qrupunda qüvvəsini sınayacaq.

Atçılıq, I təsnifat mərhələsi
14:30. Camal Rəhimov

Akademik avarçəkmə, B finalı, 7-12-ci yerlər uğrunda
15:00. Natalya Mustafayeva

Ağırlıqqaldırma
23:00. İntiqam Zairov

Ceyhun Əhmədov