Bu gün 7 idmançımız medal üçün döyüşəcək

bu-gun-7-idmancimiz-medal-ucun-doyusecek
Oxunma sayı: 635

Bunlar yarımfinala adlayan boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovdur. İdmançılarımız bu gün yarımfinal görüşünə çıxacaqlar.

Taekvondo üzrə Olimpiadaya gedən hər iki idmançımız bu gün 1/8 final mərhələsindən mübarizəyə qoşulacaq.
Kanoeçimiz Valentin Demyanenko təknəfərlik qayıqla gücünü sınayacaq.

Dünən mübarizəyə başlayan gimnastımız Aliyə Qarayeva bu gün gürz və iplə kompozisiyalar nümayiş etdirəcək.

Bu gün çıxış edəcək daha bir olimpiyaçımız sərbəst güləşçi Əşrəf Əliyevdir.

Taekvondo, 1/8 final
13:15. Ramil Əzizov – Stiven Lopez (ABŞ) (80 kq)
16:30. Fəridə Əzizova – Karin Sergeri (Kanada) (67 kq)

Kanoe, 1 nəfərlik qayıqla 200 m
13:51. Valentin Demyanenko - təsnifat mərhələsi
15:30. Yarımfinal mərhələsi

Bədii gimnastika, çoxnövçülük, təsnifat mərhələsi
16:00. Aliyə Qarayeva

Sərbəst güləş, 1/16 final
17:00. Əşrəf Əliyev – Sohsuke Takatani (Yaponiya) (74 kq)

Boks, 1/2 final
19:45. Teymur Məmmədov – Klemente Russo (İtaliya) (91 kq)
02:30. Məhəmmədrəsul Məcidov – Roberto Kammarelli (İtaliya) (+91 kq)

Ceyhun Əhmədov