Bu gün AXCP üzvlərinin məhkəməsidir

bu-gun-axcp-uzvlerinin-mehkemesidir-
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, dünən AXCP Sumqayıt və Qubadlı rayon şöbələrinin Ümid Partiyasının qərargahında nəzərdə tutulmuş müşavirəsi zamanı polis cəbhəçiləri zorla bayıra çırxaıb. Buna etiraz edən partiya üzvləri döyülüb.
Polislər AXCP üzvlərinə qarşı zorakılıqla kifayətlənməyərək onlardan 5 nəfəri həbs edərək 4-cü polis bölməsinə aparıblar. Həbs edilənlər partiya sədrinin müavini Asəf Quliyev, gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı və fəallar Elçin Həsənov, Elçin Məmmədli və Ağaşirin Tanrıverdioğludur.
Polis bölməsində AXCP üzvlərindən bu gün bölməyə gələcəkləri ilə bağlı iltizam aldıqdan sonra sərbəst buraxılıblar.
Bu gün saat 10.00-da onları məhkəməyə aparacaqlar. Polis tərəfindən saxlanılan AXCP üzvlərinə polisə müqavimət göstərmə ittihamı irəli sürüldüyü bildirilir.