Bu gün Ay tutulacaq

bu-gun-ay-tutulacaq
Oxunma sayı: 673

Anspress xəbər verir ki, bu gün ilin son Ay tuulması baş verəcək. NASA-nın məlumatına görə, prosesi Avropa, Cənubi Afrika, Asiya, Avstraliya və Sakit okean bölgəsinin sakinləri izləyə biləcəklər. NASA-nın saytında yerləşdirilən məlumata görə, Ay tutulması Qrinviçlə 11.33-dən 17.30-adək (Bakı vaxtı ilə 15.33-dən 21.30-adək) davam edəcək.

Bakı vaxtı ilə saat 15.33-də Ay Şimali Amerikada qürubda, Avropada isə doğuşda görünəcək.

Ay tutulmaları il ərzində adətən bir-iki dəfə baş verir. Bu il ilk analoji hadisə iyunun 15-də qeydə alınmışdı. Bugünkü Ay tutulması ilin son belə hadisəsi olacaq.