Bu gün Azərbaycanın Dövlət Müstəqlliyi Günüdür

bu-gun-azerbaycanin-dovlet-musteqlliyi-gunudur
Oxunma sayı: 660

1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında Azərbaycanın Müstəqilliyi ilə bağlı Konstitusiya Aktı qəbul olunub. 1992-ci ildən bu tarix Azərbaycanın müstəqilliyinin bərası günü kimi qeyd olunur.
O zamankı parlamentdə qəbul olunmuş Konstitusiya Aktına görə, Azərbaycan 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi sayılır. Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra onu ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti oldu. Nəhayət, 1992-ci ilin martın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul olundu.
Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyider. “Qafqazinfo” bu böyük bayram münasibətilə bütün Azərbaycan vətəndaşlarını təbrik edir, müstəqilliyimizin əbədi, torpaqlarımızın azad olmasını diləyir.
Bayramınız mübarək!