Bu gün Bakıda 8 dərəcə şaxta qeydə alındı

bu-gun-bakida-8-derece-saxta-qeyde-alindi
Oxunma sayı: 684

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

Bakıda ən aşağı temperatur fevralın 8-də qeydə alınıb. Həmin gün səhər saat 6-7 radələrində havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə, 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Fevralın 9-da Bakıda yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun fevralın 9-da gecə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da gündüz saatlarında yağıntılarda qısamüddətli fasilə olacağı, temperaturun gündüz aran rayonlarında 0-5 dətəcə şaxta, dağlarda isə mənfi 12 dərəcə olacağı gözlənilir.