Bu gün Bakıda ay tutulacaq

bu-gun-bakida-ay-tutulacaq
Oxunma sayı: 647

Bu gün Bakı vaxtıyla saat 16.12 dəqiqədə 2012-ci ilin ikinci astronomik hadisəsi - adi ay tutulması baş verəcək. Bu kosmik hadisə demək olar ki, Rusiyanın Uzaq Şərq regionu ərazisini bütünlüklə əhatə edəcək. Hətta Petropavlovsk və Kamçatkada tutulma maksimum dərəcədə - 37 faiz görünəcək.

Bu astronomik hadisə Avstraliya, Sakit Okean və Alyaskanın qərbində də müşahidə olunacaq. Tutulmanın episentri Azərbaycandan müəyyən qədər uzaq məsafəyə təsadüf etdiyindən və tutulma gündüz vaxtı verdiyindən məlum hadisə ölkəmizdə 5 faizdən artıq müşahidə olunmayacaq.

Xatırladaq ki, ay tutulması yerli vaxtla saat 17:06-dək davam edəcək.

anspress