Bu gün Bakıda etiraz aksiyası olacaq

bu-gun-bakida-etiraz-aksiyasi-olacaq
Oxunma sayı: 664

AXCP sədrinin müavini Asəf Quliyevin sözlərinə görə, aksiya saat 12-də Bakıdakı Naxçıvan nümayəndəliyinin qarşısında olacaq: “Aksiyada həm Zeynal bəyə qarşı yol verilmiş işgəncəyə, həm də ümumilikdə Naxçıvanda baş verən özbaşınalıqlara etiraz olunacaq”.
A.Quliyev onu da bildirib ki, gələn ilin əvvəlində jurnalistlərdən və hüquq müdafiəçilərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edəcək: “Heyətdə ”Turan" Informasiya Agentliyinin, “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin nümayəndələrinin, həmçinin hüquq müdafiəçilərindən Eynulla Fətullayev və Elçin Behbudovun olması gözlənilir".
Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə cəbhəçiyə qarşı baş verənləri qeyri-insani hərəkət adlandırıb: “Bu açıq-aşkar işgəncədir. Insanı həbs etmək olar, amma bu zaman ona fiziki təzyiq göstərməyə heç kimin haqqı yoxdur. Biz baş verən hadisəni qətiyyətlə pisləyirik”.
Xatırladaq ki, Zeynal Bağırzadə barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb. Dekabrın 26-da isəÿNaxçıvan şəhər Məhkəməsi Zeynal Bağırzadə haqqında 3 aylıq həbs qərarı verib. Həbsindən sonra Z.Bağırzadəyə ölümcül işgəncə verilib.

azadliq.info