Bu gün “Eurovision-2012”nin ikinci yarımfinalıdır

bu-gun-eurovision-2012nin-ikinci-yarimfinalidir
Oxunma sayı: 653

Avropa tamaşaçıları və münsiflər 18 iştirakçı arasından finalda mübarizəni davam etdirəcək 10 ən yaxşı ifaçını müəyyənləşdirməlidirlər. Tamaşaçı və münsiflərin nəticəyə təsiri 50/50 prinsipi üzrədir. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.

İkinci yarımfinalın iştirakçıları arasında müsabiqənin xeyli favoriti var. Onlardan biri - isveçli müğənni Lorin bukmeker reytinqlərində birinci yeri tutur. O, xürnalistlər və fanatlar arasında keçirilən səsvermədə də ikinci yarımfinalın lideridir. Lorin bu gün “Baku Crystal Hall”ın səhnəsinə “Euphoria” (“Eyforiya”) mahnısı ilə çıxacaq. Bu mahnı İsveçin müsiqi çartlarında birinci yerdədir.

Finala çıxmaq üçün ən real namizədlərdən biri də Serbiyalı Zeljko Yoksimoviçdir. O, “Eurovision” mahnı müsabiqəsində ikinci dəfədir iştirak edir. İlk dəfə 2004-cü ildə yarışmaya qatılan müğənni ikinci yeri tutmuşdu. Zeljko Yoksimoviç bu gün özünün bəstələdiyi “Nije Ljubav Stvar” mahnısını təqdim edəcək.

İkinci yarımfinalın başqa bir favoritləri - ukraynalı Qaytana sözləri və müsiqisi özünə aid “Be My Guest” (“Qonağım ol”), Btkfrus qrupu “Litesound” “We Are The Heroes” (“Biz qəhrəmanıq”) mahnılarını ifa edəcəklər. Bir çox musiqi tənqidçiləri Türkiyə təmsilçisi Can Bonomonun finala keçəcəyini proqnozlaşdırırlar.

İkinci yarımfinalda Makedoniya, Niderland, Malta, Portuqaliya, Bolqarıstan, Sloveniya, Xorvatiya, Gürcüstan, Gstoniya, Slovakiya, Bosniya və Hersoqovina, Litva təmsilçiləri də çıxış edəcəklər.

“Eurovision-2012”nin finalı mayın 26-da 23 min tamaşaçı tutumu olan “Baku Crystal Hall”da keçiriləcək.