Bu gün Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

bu-gun-fexri-xiyaban-istiqametinde-avtomobillerin-hereketi-mehdudlasdirilacaq
Oxunma sayı: 647

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bu, Heydər Əliyevin xatirəsinin anma mərasimi ilə əlaqədar ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək üçündür. BŞDYPİ rəsmisi mərasim başa çatana qədər yolların avtomobillərin hərəkəti üçün bağlı olacağını deyib.

Belə ki, Teymur Elçin Mehdi Hüseyn küçələri kəsişməsindən -yəni Teleteatrın binası yanından, Hüseyn Cavid prospekti Mikayıl Müşviq küçəsinin kəsişməsindən, Mətbuat prospekti Mikayıl Müşfiq dairəsindən Parlament prospekti Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Sürücülərin alternativ yollardan istifadə etməsi xahiş olunur.

AzərTAC