Bu gün hava isti olacaq

bu-gun-hava-isti-olacaq
Oxunma sayı: 672

Temperaturun gecə 1-3° isti, gündüz 10-15° isti, Bakıda gecə 1-3° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 millimetr civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-70, gündüz 50-55 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 1-6° şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 7-12° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 2-7° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 0-2° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.

AzərTac