Bu gün isti 9 dərəcəyə çatacaq

bu-gun-isti-9-dereceye-catacaq
Oxunma sayı: 684

Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək, bəzi yerlərdə 7 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur tədricən yüksələcək.

Nigar Məmmədli