Bu gün Mübariz İbrahimov və Fərid Əhmədovun torpağa tapşırıldığı gündür

bu-gun-mubariz-ibrahimov-ve-ferid-ehmedovun-torpaga-tapsirildigi-gundur
Oxunma sayı: 1994

Düz bir il əvvəl bütün Azərbaycan Milli qəhrəman Mübariz İbrahimov və zabitimiz Fərid Əhmədovu göz yaşları, amma qürurla torpağa tapşırdı. Gizir Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşdular.

Allah Vətən uğurnda qurban gedən bütün şəhidlərimizə rəhmət etsin!

Qeyd edək ki, Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı istiqamətində gedən döyüşdə qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-ü yaralayaraq şəhid olub. Fərid Əhmədov da ötən il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olub.

ANS TV