Bu gün müxalifətçilərə hökm oxunmalıdır

bu-gun-muxalifetcilere-hokm-oxunmalidir
Oxunma sayı: 677

“Qafqazinfo”nun məlumatına görə, bugünkü prosesdə Məhəmməd Məcidli son söz deyəcək. Xatırladaq ki, ötən həftə keçirilən iclasda M.Məcidli səhhətində yaranan problemə görə hakimdən vaxt istəmişdi. Hakim onun vəsatətini təmin edib prosesi oktyabrın 3-dək təxirə salmışdı.
Sentyabrın 26-da dövlət ittihamçısı Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər birinə 3 il, Fuad Qəhrəmanlının 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.