Bu gün müxalifətin mitinqidir

bu-gun-muxalifetin-mitinqidir
Oxunma sayı: 703

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Moskvanın Saxarov prospektində baş tutacaq mitinq saat 14.00-da başlayacaq.

Rusiya müxalifəti dekabrın 4-də keçirilmiş Dövlət Dumasına seçkilərin nəticələrinə etiraz edir və parlament seçkilərinin yenidən keçirlməsini tələb edir.

Rusiyanın hüquq-mühafizə orqanları mitinq ərəfəsində Saxarov prospektinin mühafizəsini gücləndirir. Xəbər verilir ki, mitinq keçiriləcək meydanın ətrafına polis avtomobilləri və hərbi texnika toplamaşğa başlayıb.

Müxalifət bugünkü mitinqdə 100 mindən artıq insanın iştirak edəcəyini bildirib. Mitinqə çağırışlar daha çox internet vasitəsilə həyata keçirilib.

Keçmiş SSRİ lideri Mixail Qrbaçovun da mitinqdə çıxış edəcəyi gözlənilir.