Bu gün Putin mitinq keçirir

bu-gun-putin-mitinq-kecirir
Oxunma sayı: 662

“Bizim itirəcək bir şeyimiz var” adlandırılan aksiyada iştirak edəcək insanların sayının yüz minə yaxın olacağı və onun narıncı inqilaba etiraz əlaməti olaraq keçirildiyi deyilir. Poklonnaya qora nümayişçiləri seçkilərin saxtalaşdırıldığını iddia edən fəalları ölkədə xaos yaratamağa təşəbbüs etməkdə günahlandırıblar. Eyni zamanda aksiya ərəfəsində etirazçıların mitinqdə iştirakının məcburi xarakter daşıdığı barədə də məlumat verilib.

Simvollarından biri ağ lent olan “Azad seçki uğrunda” təntənəli yürüş Moskvanın mərkəzində olacaq. Təntənəli yürüşdən sonra mitinq təşkil olunacaq. Mitinqdə jurnalist Lepnid Parfenov, yazıçı Lyudmila Uliçkaya və hüquq müdafiəçisi İrina Yasina çıxış edəcək. Mitinq Moskvadan başqa Rusiyanın digər iri şəhərlərində də keçiriləcək.
Kütləvi aksiyaların keçiriləcəyi bütün yerlərdə ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün 9 min polis cəlb olunub.
Səidə