Bu gün qəzetlərin çoxu nəşr olunmadı

bu-gun-qezetlerin-coxu-nesr-olunmadi
Oxunma sayı: 687

Buna fevralın 2-də paytaxtı cənginə almış qarlı-çovğunlu hava şəraiti səbəb olub. Əməkdaşların bir çoxunun işə çıxmadığını, informasiya məkanında boşluq yarandığını və yayım sektorunun işində çətinlikləri nəzərə alan aparıcı qəzetlər nəşrə fasilə veriblər.

“Media forum” saytı xəbər verir ki, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim yol”, “525-ci qəzet”, “Zerkalo”, “Exo”, “Ədalət”, “Bakı xəbər”, “Ekspress”, “Üç nöqtə”, “Mərkəz” qəzetləri və bir sıra başqa gündəlik nəşrlər işıq üzü görməyib.

Fevralın 3-də gündəlik qəzetlərdən köşklərə yalnız “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi”, "Kaspi", “Yeni Azərbaycan” və “Futbol+” çıxıb. Bəzi həftəlik qəzetlər, o cümlədən “Nedelya” və “Yejednevniye novosti” qəzetləri də işıq üzü görüb.