Bu gün Qurban Qurbanov bizi sevindirə biləcəkmi?

<b>Bu gün Qurban Qurbanov bizi sevindirə biləcəkmi?</b>
Oxunma sayı: 112

Ağdam təmsilçisi ilk görüşünü səfərdə Litvanın "Banqa" klubuna qarşı keçirəcəyi halda, AZAL doğma azarkeşləri önündə Belorus "Minsk"i ilə qarşılaşacaq.

Əslində isə püşkün nəticəsinə görə AZAL da "Qarabağ" kimi ilk görüşünü səfərdə keçriməli idi. Lakin UEFA bir ölkə təmsilçisinin eyni vaxtda bir şəhərdə oynamasına imkan vermədiyindən, oyunun yeri dəyişdirilərək Bakıya salındı.

Bununla belə, AZAL yenə də cütün favoriti sayılır. "Minsk" klubunun Belorusun ortabab komandalarından olması, bunu deməyə əsas verir. AZAL-ın doğma meydan amilindən də maksimum yararlanacağı gözlənilir.

"Qarabağ" gəldikdə isə, Ağdam təmsilçisinin "Banqa" ilə oyunda hər hansı bir çətinlik çəkəcəyi inandırıcı görünmür. "Qarabağ"ın son 2 ildə nümayiş etdirdiyi oyunlar bunu deməyə əsas verir. "Qarabağ"ın bu mövsüm də ən azı ötən ilki uğuru təkrarlayacağı heç kəsdə şübhə doğurmur.

Qeyd edək ki, "Qarabağ" "Banqa"nı keçəcəyi halda Farer adalarının "Streymur", AZAL isə "Minsk"i mübarizədən kənarlaşdıracağı təqdirdə Türkiyənin "Qaziantepspor" klubu ilə qarşılaşacaq.



30 iyun

Avroliqanın birinci təsnifat mərhələsi

20:00. AZAL – "Minsk" (Belorus)
Hakimlər: Andris Treymanis, Harald Gudermanis, Aleksey Spasjonnikov, Vadim Direktorenko (hamısı Latviya)
Hakim-inspektor: Ferenc Szekeli (Macarıstan)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Bakı. AZAL stadionu.

20:30. "Banqa" (Litva) – "Qarabağ" (Azərbaycan)
Baş hakim: Torvaldor Arnason (İslandiya)
Qarqjday. "Qarqjday" stadionu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi