Bu gün üçün - Xəbərdarlıq

bu-gun-ucun-xeberdarliq
Oxunma sayı: 655

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyindən (NN) bildirilb ki, hazırda paytaxt küçələrinə işləməyə çıxan avtobusların sayı min ədədə çatmır. "Bu gün işə çıxan marşrutların miqdarı min ədədə çatmır ki, bu da hava şəraiti ilə əlaqədardır", - NN-dən deyilib.
Nazirlikdən bildirildiyi kimi, avtobusların iş müddətləri hava şəraitindən asılı olacaq. Güclü külək və yolların buz bağladığı şəraitdə avtobuslar işlərini vaxtından əvvəl dayandıracaqlar. Bu, sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun bir az əvvəl dediyi kimi, adi şəraitdə paytaxtda iki mindən artıq avtobus çalışır.