“Bu hadisədən sonra Ərdoğanın populyarlığı azala bilər”

bu-hadiseden-sonra-erdoganin-populyarligi-azala-biler
Oxunma sayı: 635

Bunu politoloq Razi Nurullayev deyib. Onun sözlərinə görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyənin digər rəsmi nümayəndələrinin xarici səfərlərini təxirə salması Türkiyənin terrorçularla bağlı ciddi hərbi müdaxiləyə başlayacağından xəbər verir: “Terror hadisələri Türkiyənin səbir kasasını daşırdı. Baş verən hadisələr Türkiyə iqtidarının öz vətəndaşına sahib çıxa bilməməsinə, öz əsgərini qoruya bilməməsi faktoruna gətirib çıxarır. Bu da hakim partiya üçün ağır zərbədir. Bu hadisədən sonra Türkiyədə Ərdoğanın populyarlığı azalan xətt üzrə gedə bilər. Eyni zamanda onu da qeyd edim ki, Türkiyə cəbhə xəttində ciddi uğurlara imza atmasa, bu zaman Türkiyə müxalifəti, Türkiyə xalqı bu məsələləri hakimiyyətə bağışlamayacaq. Hazırda Türkiyə ordusu ciddi hərbi müdaxiləyə hazırlaşır. Bu hərbi müdaxilə nəticəsində biz yaxın zamanlarda Türkiyə ordusunun nəyə qadir olduğunun şahidi olacağıq. Əgər ordu terrorçularla əməli iş apara bilməsə o zaman Türkiyə iqtidarı xalqın təpkisi ilə qarşılaşacaq”.