“Bu hal artıq dözülməzdir” - Bakılılar

bu-hal-artiq-dozulmezdir-bakililar
Oxunma sayı: 709

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən sakinlərdən birinin sözlərinə görə, ərazidə siqnalların səsindən yaşamaq artıq dözülməz hal alıb.

Sakinlər bildirirlər ki, “Həzi Aslanov”da ikinci metro çıxışnın yanından yeni yol salınıb. Bu yol salınandan sonra isə o istiqamətdə hərəkət edən 95, 78, 51, 11 nömrəli marşrutlar artıq yeni yol ilə hərəkət etməyə başlayıblar: “Bunun nəticəsi olaraq bu ərazidə siqnalların səsindən yaşamaq mümkün deyil. Bütün avtobuslar elə siqnallardan istifadə edirlər ki, istirahət etmək istəyən insanın, xəstənin, yatan uşağın qorxub oyanmaması mümkün deyil. Xahiş edirik aidiyyati qurumlarla əlaqə saxlayıb bu məsələ ilə bağlı maraqlanasınız. O avtobusların yolunu Ukrayna dairəsi istiqamətinə keçirmək məncə vəziyyətə çarə ola bilər, ya da siqnallardan istifadəni dayandırsınlar. Onsuz da ondan lazımsız yerə istifadə edirlər. Bir də hər gecə o ərazidə digər yerlərdə olduğu kimi avtoşlar ortaya çıxır. Adamı əsəbiləşdirən motor səsləri və siqnallar insana rahat istirahət etməyə imkan vermir. Bu hal artıq dözülməzdir”.

Səidə