“Bu, hər bir azərbaycanlı üçün təhqirdir” - Bəyanat

bu-her-bir-azerbaycanli-ucun-tehqirdir-beyanat
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, belə bir bəyanatla Qarabağ Azadlıq Təşkilatının (QAT) erməni boksçularının
Bakıda beynəlxalq yarışa qatılmasına qarşı keçirdiyi etiraz aksiyası iştirakçıları çıxış ediblər: “Nə qədər ki, torpaqlarımız işğal altındadır və Ermənistanın rəhbərləri zəbt etdikləri ərazilərdən çıxmayacaqları ilə bağlı həyasız bəyanatlar verirlər, nə qədər ki, cəbhə bölgəsində əsgərlərimiz erməni gülləsindən şəhid olurlar və ermənilər dinc əhalini, hətta uşaqları snayper gülləsi, partlayıcı quraşdırılmış oyuncaqlarla qətlə yetirməkdən çəkinmirlər, nə qədər ki 4 mindən artıq soydaşımız hələ də erməni əsrliyindədir və 20 mindən artıq şəhidimizin qisası hələ də alınmayıb, bu cür səfərlərə, gediş gəlişlərə qətiyyən yol vermək olmaz. Ermənilər heç nə olmamış kimi sərbəst şəkildə ölkəmizə gələ, burada hər hansı tədbirdə iştirak edə bilməzlər. Bu, hər bir azərbaycanlı üçün təhqirdir. Erməni bizim qan düşmənimizdir. Bu qanın üstündən keçmək olmaz. Bunu hər kəs bilməlidir. Erməni qulluğunda duran, qarşılarına yemək-içmək qoyan, təhlükəsizliklərini təmin edən, onları qoruyan, onların murdar ağızlarına mikrafon dirəyib söz soruşan, əlini sıxıb yuxarı başa keçirən hər kəs bilməlidir ki, o, həmin an ən şərəfsiz, ən alçaq hərəkət edir”.

Təşkilat Azərbaycan hakimiyyətini erməni idmançılarının Bakıya səfərinə şərait yaratmaqda ittiham edib və bunun bəraəti olmadığını bəyan edib. Qat bildirib ki, beynəlxalq mərkəzlər bu yolla Azərbaycanı işğalçı Ermənistan qarşısında təslimçiliyə təhrik edirlər: “Hakimiyyətin bu məzlum və kölə mövqeyinə son qoyulmalıdır... Biz işğalçı Ermənistanı təmsil edən idmançıların, həmçinin Rusiya komandasının tərkibindəki ermənilərin (Rusiya erməni idmançılarını öz komandasına daxil etməklə bir daha Azərbaycana qarşı rus-erməni birliyini nümayiş etdirir) dərhal Bakını tərk etmələrini tələb edirik.
İdmançı adı ilə gələn erməni terrorçuları rədd olsun!
İşğalçı Ermənistan rejiminə idmanda yer yoxdur!
Erməniləri dəvət edənlərə ar olsun!”

Səidə