“Bu hər birimiz üçün çox vacibdir”

bu-her-birimiz-ucun-cox-vacibdir
Oxunma sayı: 690

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransın açılışında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib. "Qafqazda əmin-amanlıq, rifah hər birimiz üçün çox vacidbir", - Paşazadə deyib.

Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri ölkədə dini, mənəvi dəyərlərin sabitliyidir.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan və Rusiya din xadimləri, ilahiyyatçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.