“Bu hərəkət insanlıqdan kənar, bəşəriyyətə düşmənçilikdir”- Bəyanat

bu-hereket-insanliqdan-kenar-beseriyyete-dusmencilikdir-beyanat
Oxunma sayı: 655

AİP-in mətbuat xdmətindən “Qafqazinfo”ya daxil olan bəyanda deyilir ki, dünyanın şər qüvvələri özlərinə məxsus mürtəce antiislam siyasətini davam etdirirlər: “Üzdə maskalanaraq, inanclara guya tolerant münasibət bəsləyən ABŞ-ın hakim dairələri gah keşişlərin, gah da istilaçı əsgərlərin əliylə müqəddəs Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə şərait yaradırlar. İstismarçı siniflər tarix boyu işğal etdikləri coğrafi ərazilərə nəzarət etməklə kifayətlənməyib, bölgə əhalisinin mənəviyyatını sındırmaq, cəmiyyətlərdə milli heysiyyatı, dini əlamətləri alçaltmaq, ən nəhayət Allahın bəşəriyyətin nizamını şərtləndirən səmavi kitablarının toxunulmazlığını aradan götürmək üçün ən iyrənc əməllərə əl atırlar”.
Bəyanatda qeyd olunur ki, ABŞ əsgərlərinin Əfqanıstanda törətdikləri fitnə-fəsadlar içərisində bəşəriyyət üçün ən dəhşətlisi Allahın Qurani-Kərimini yandırmaqdır. Azərbaycan İslam Partiyası bu addımı insanlıqdan kənar hərəkət, bəşəriyyətə düşmənçilik kimi qiymətləndirir. “Bizcə bu, həm də insanlıq üçün dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, dünyanın bütün inanclıları üçün, xüsusən də Məhəmməd (s) ümməti üçün bir imtahandır. Qarı düşmən dost olmaz. Allaha qarşı düşmənçilik edənlərin iyrənc niyyəti bəşəriyyətin məhvidir. ABŞ təmsilçilərinin sivilizasiyalar arası düşmənçiliyə xidmət edən addımları dünyanı inkişafa deyil, böyük fəlakətlərə sürükləyir”, -deyə bəyanat müəllifləri bildirirlər.
Bəyanatda yazılır ki, bu gün əfqan xalqının ABŞ-ın istilaçı, qəsbkar əsgərinə nifrət və qəzəbi dünyanının bütün tərəqqipərvər, sülhpərvər insanlarının qəzəb və nifrətidir.:“Ümid edirik ki, zülm və istismar uzun sürməz. Dünya xalqları tez-gec şər qüvvələrinin layiqli cavabını vermək üçün vəhdət tapacaq və faciələrin sonuna qərar verəcəklər”.